Rustavi-Qırmızı Körpü-Sadaxlı yolunun tikintisi üçün 8 vətəndaşın torpağı müsadirə ediləcək.
Sənədə əsasən, beynəlxalq əhəmiyyətli Şərq-Qərb yolunun 4-cü investisiya layihəsi, Rustavi-Qırmızı körpünün və Rustavi-Sadaxlı yolunun tikintisi layihəsi mühüm ictimai ehtiyacları olan layihə hesab edilir. Layihəyə görə Marneuli ərazisində 8 vətəndaşdan ümumilikdə 26 260 kvadratmetr torpaq sahəsi müsadirə olunacaq.
Daha dəqiq desək, Marneuli Bələdiyyəsinin Axlılələ kəndində kənd təsərrüfatı təyinatlı 76 000 kv.m torpaq sahəsinin 22 204 kv.m hissəsi;
Marneuli bələdiyyəsinin Şulaver kəndində yerləşən 2 480 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 865 kv.m hissəsi və onun üzərindəki çoxillik bitkilər;
Marneuli bələdiyyəsinin Dəmyə-Gorarxı kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1110 kv.m hissəsi və üzərindəki çoxillik bitkilər;
Marneuli bələdiyyəsinin Araflı kəndi ərazisində 8094 kv.m kənd təsərrüfatı təyinatlı 2081 kv.m torpaq sahəsinin bir hissəsi və onun üzərindəki çoxillik bitkilər;
Marneuli bələdiyyəsi Şulaver kəndində 1250 kv.m torpaq sahəsi 227 kv. m torpaq hissəsi.
8 vətəndaş bu qərardan 1 ay müddətində Tbilisi Şəhər Məhkəməsinin İnzibati İşlər üzrə Kollegiyasına şikayət verə bilər.
Xatırladaq ki, Avtomobil Yolları Departamenti Şərq-Qərb yolunun beynəlxalq əhəmiyyətli 4-cü investisiya layihəsinin Rustavi-Qırmızı Körpü və Rustavi-Sadaxlı avtomobil yollarının (Lot 3-4) tikintisi layihələrini həyata keçirir. Layihə 2019-cu il fevralın 19-da Gürcüstan və Avropa İnvestisiya Bankı arasında imzalanmış maliyyə sazişi çərçivəsində Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdirilir.
Sözügedən layihə iki səviyyəli keçidlərlə dördzolaqlı avtomobil yolunun tikintisini nəzərdə tutur. Layihə Trans-Avropa Avtomobil Standartları, AASHTO və Avropa Standartları kimi tanınmış beynəlxalq standartlara uyğun tərtib edilmişdir.