This is a specific ad

Marneulinin 3 saylı uşaq bağçasında günəş panelləri quraşdırılıb – FOTOLAR

75

Another advertisement

Marneuli Bələdiyyəsi ilə Polşanın “Qmina Kobilniça” arasında imzalanmış qarşılıqlı əməkdaşlıq memorandumu çərçivəsində Marneuli şəhər 3 saylı uşaq bağçasında 42 kVt gücündə günəş fotoelektrik panelləri quraşdırılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Marneuli meriyasının sosial şəbəkə hesabında məlumat dərc edilib.

Məlumatda fotoelektrik sisteminin sınaq və yoxlanışının artıq başa çatdığı bildirilib.

Günəş panellərini Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, bələdiyyə məclisinin sədri Amiran Qiorqadze, Marneuli şəhər merinin müavini Temur Şubitidze, bələdiyyə məclisinin sədr müavini Riçard Qiqani, bələdiyyənin struktur bölməsinin və Marneulinin Uşaq Bağçaları Birliyinin rəhbərləri ziyarət ediblər.

Fotoelektrik sistemin quraşdırılması Polşa tərəfinin sifarişi əsasənda yenilənən enerji sektorunda beynəlxalq səviyyəli developer və operator olan – RP Global şirkəti həyata keçirib.

Layihənin dəyəri 26 min 680 avro təşkil edib və tamamilə Qmina Kobilniçanın yerli özünüidarəetməsi tərəfindən maliyyələşdirilib.

default
default

default
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Qardabani bələdiyyəsində köhnə liftlərin yenisi ilə əvəzlənməsi layihəsi başa çatıb – FOTOLAR
Öncəki yazı
“Facebook” və “Instagram”ın işində nasazlıq yaranıb