Marneulili Qızların Gücləndirilməsi Klubu: Gənclər sosial dəyişikliklər üçün!

9

16-18 iyun tarixlərində Belaçaurinin Yaşıl Mərkəzində “Marneulili Qızların Gücləndirilməsi Klubu” növbəti işgüzar görüşünü keçirdi. Görüşün məqsədi klubun inkişaf strategiyasını, missiyasını və uzunmüddətli perspektivdə klubun güclənməsinə kömək edəcək imkanları müzakirə etmək və gələcək addımları planlaşdırmaq idi.

Həmçinin 3 günlük görüş zamanı “Marneulili Qızların Gücləndirilməsi Klubu”nun üzvləri Marneuli bələdiyyəsində mövcud olan problemlər,onların səbəblərini və marneulili gənclər olaraq bu problemlərin həllinə töhfə verəcək yolları müzakirə ediblər.

Müzakirə zamanı məlum olub ki, Marneuli bələdiyyəsində gəncləri narahat edən ən əsas problem ətraf mühitin çirklənməsi, ekoloji vəziyyətin günü-gündən pisləşməsi və bələdiyyə ərazisində tullantıların idarəolunması sisteminin zəif olmasıdır.

Marneuli bələdiyyəsində ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhvə vermək məqsədi ilə klubun üzvləri qərara gəliblər ki, yerli əhalinin ekoloji maariflənməsi üçün müxtəlif ictimai tədbirlər həyata keçirsinlər və icmanı bu tədbirlərə cəlb etsinlər. Qeyd edək ki, “Marneulili Qızların Gücləndirilməsi Klubu”nun üzvlərindən biri də “QafqazTürk” medianın jurnalisti Gülgün Məmmədxanovadır.

Qeyd edək ki, “Marneulili Qızların Gücləndirilməsi Klubu” İsveçrənin HEKS-EPER təşkilatının maliyyə dəstəyi ilə CENN tərəfindən həyata keçirilən “İqlim Dəyişikliyinə Davamlı Kənd Təsərrüfatı – PRAISE MARNEULI” layihəsi çərçivəsində yaradılıb. “Marneulili Qızların Gücləndirilməsi Klubu”nun məqsədi Marneuli bələdiyyəsində yaşayan gənc qızları və qadınları iqtisadi, sosial və ekoloji aspektdən maarifləndirmək, ekoloji problemlərin, iqlim dəyişikliyinin kənd təsərrüfatına davamlı şəkildə təsiri haqqında məlumatlandırmaqdır.

0
0
Sonrakı yazı
Rusiyada baş verən yanğında 7 nəfər ölüb
Öncəki yazı
მარნეულის გოგონების გაძლიერების კლუბი: ახალგაზრდები სოციალური ცვლილებებისთვის!