Another advertisement
Yaxın gələcəkdə Serbiyada boks üzrə ənənəvi “Qızıl Əlcək” turniri keçiriləcək.
QafqazTürk Media xəbər verir ki, turnirdə Gürcüstanın gənclərdən ibarət boksçular o cümlədən Marneuli Bələdiyyəsinin idman məktəbinin boksçusu Rəhim Məmmədov (şəxsi məşqçi: Azər Məmmədov) iştirak edəcək.
Qeyd olunur ki, sözügedən turnir dünya çempionatına hazırlıq yarışı hesab olunur.
P.S. Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media gənc idmançımıza uğurlar diləyir.