Marneuli Qızlar Klubunun təşəbbüsü ilə Marneulidə ictimai nəqliyyatda və əsas küçələrdə ekoloji problemlərə həsr olunmuş plakatlar yapışdırılıb.
Sözügedən tədbirin məqsədi icma üzvlərinə ətraf mühiti çirkləndirməməyə və təbiətə qayğı göstərməyə təşviş etmək olub. Marneuli Qızlar Klubunun üzvləri bildirirlər ki, təmiz, sağlam və davamlı mühitdə yaşamaq ümumbəşəri insan hüququdur.
Qeyd edək ki, Marneuli Qızlar Klubu İsveçrənin HEKS-EPER təşkilatının maliyyə dəstəyi ilə CENN tərəfindən həyata keçirilən “İqlim Dəyişikliyinə Davamlı Kənd Təsərrüfatı – PRAISE MARNEULI” layihəsi çərçivəsində yaradılıb.
Marneuli Qızları Klubunun məqsədi Marneuli bələdiyyəsində yaşayan gənc qızların və qadınların kənd təsərrüfatının iqtisadi, sosial və ekoloji aspektləri, davamlı inkişaf, ekoloji problemlər, iqlim dəyişikliyi və iqlimə davamlı kənd təsərrüfatı haqqında məlumatlılığını artırmaqdır.