This is a specific ad

Marneulidən olan iştirakçılar “Başqa Gürcüstan Haradadır” adlı gürcü ənənəvi mahnı müsabiqə-festivalının qalibi olub

83

Another advertisement

Marneuli Munisipalitetinin Mədəniyyət Mərkəzində, “Demos”-un təşkilatçılığı ilə, “Başqa Gürcüstan Haradadır” adlı gürcü ənənəvi mahnı müsabiqə-festivalının bağlanış və mükafatlandırma mərasimi keçirildi.

Tədbirdə Marneuli Munisipaliteti merinin müavini Zurab Panqani, Kvemo Kartli üzrə dövlət nümayəndəsinin müavini Kaxa Koberidze, Marneuli meriyasının inzibati xidmət rəhbəri Mamuka Şubitidze, Marneuli Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvili və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Marneulidə artıq 8 ildir ki, iyun ayında Kvemo Kartli üzrə Dövlət Nümayəndəsi Administrasiyasının və Marneuli Munisipaliteti Meriyasının dəstəyi ilə, ənənəvi olaraq festival keçirilir.

Qeyd edək ki, yerli iştirakçılar festivalda uğurla çıxış edərək birinci yerə layiq görülüblər: fərdi çıxışda birinci yaş kateqoriyasının qalibi Andria Mişvelidze, ikinci yaş kateqoriyasında isə Kristi Cavaxidze olub.

Müsabiqə-festivalın məqsədi, gürcü ənənəvi mahnı mədəniyyətini öyrənmək – onu, gürcü və Gürcüstanda yaşayan etnik azlıq nümayəndələrinin yeniyetmələri arasında təbliğ etməkdir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
ქართული ტრადიციული სიმღერის კონკურს-ფესტივალი „სხვა საქართველო სად არის“ დახურვისა და დაჯილდოების ცერემონია გაიმართა
Öncəki yazı
Marneuli meri Kənan Ömərov “Kvemo Kartli üzrə Tullantılarının İdarə Olunması” layihəsi çərçivəsində işgüzar görüşdə iştirak edib