This is a specific ad

Marneulidə yeni futbol stadionunun açılışı olub

17

Another advertisement

Marneulidə 2000 azarkeş üçün nəzərdə tutulmuş yeni futbol stadionunun açılışı olub.

QafqazTürk.com xəbər verir ki, hökumət administrasiyasının məlumatına görə, stadion kompleksi UEFA standartları (II kateqoriya) ilə təmin edilmiş bütün lazımi yerləri özündə birləşdirir.

Açılış mərasimində Baş nazir İrakli Kobaxidze, İnfrastruktur naziri İrakli Karseladze, Mədəniyyət və İdman naziri və Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili, Mədəniyyət naziri Tea Tsulukiani iştirak edib.

“İdman daha sağlam gənclik deməkdir və gələcəkdə idmanın inkişafı üçün hər şey ediləcək.”,- deyə Kobaxidze bildirib.

Qurumdan bildirilib ki, stadion müasir yanğınsöndürmə sistemi ilə təchiz olunub və əlillər üçün tam uyğunlaşdırılıb. Yeni stadionun layihələndirilməsi və tikintisi dövlət büdcəsindən 8,2 milyon lari hesabına maliyyələşdirilib.

 

 

Kateqoriya: İdman
Sonrakı yazı
მარნეულში ახალი სტადიონი გაიხსნა
Öncəki yazı
Hökumət pandemiya zamanı vətəndaşlara tətbiq edilən cərimələri siləcək