This is a specific ad

Marneulidə Ulu öndər Heydər Əliyevin anım günü keçirildi

84

Another advertisement

Bu gün “Azərbaycan Evi”nin təşəbbüsü, təşkilatçılığı və Azərbaycan Diasporuna Dəsətək Fondunun (ADDF) dəstəyi və AZERTAC-ın informasiya dəstəyi ilə Azərbaycan Xalqının Ümummilli lideri #Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar “Dahiliyin Heydər Əliyev Zirvəsi” adlı fotosərgi və tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nəriman Əliyev, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli meriyasının və Bələdiyyə məclisinin sturuktur bölmələrinin rəhbərləri, Türkiyənin “Maarif” Okullarının Gürcüstan nümayəndəliyinin baş direktoru Faruk Tekşen və Marneuli şöbəsinin rəhbəri Murad Kördemir, QMİ-nin Gürcüstan üzrə səlahiyyətli nümayəndələri Məhəmməd Şamilov və Sabir Musayev, Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Parlamentin keçmiş deputatları Mahir Dərziyev, Hidayət Hüseynov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin rəhbəri Rezo Həsənov, Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin rəhbəri Raul Əliyev, Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının rəhbəri Səadət Zeynalqızı, professor Aygül İsayeva, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Gələn qonaqlar əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Sonra tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov bildirib ki, xalqımızın dahi lideri Heydər Əliyev 80 illik şərəfli ömür yolunu Azərbaycanın müstəqilliyinə, dirçəlişinə və tərəqqisinə həsr edib.
O qeyd edib ki, Ümummilli lider Heydər Əliyev istər sovet illərində Azərbaycana rəhbərliyi dövründə, istərsədə müstəqil Azərbaycana rəhbərliyi zamanı Gürcüstanda yaşayan azərbaycanlılara hər zaman diqqət və qayğı göstərib. Məhəbbət İmanov vurğulayıb ki, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yürdülən müdrik siyasətin əsası da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Gürcüstanda yaşayan azərbaycanlılar daima ulu öndər Heydər Əliyevi dərin hörmət və minnətdarlıqla yad edir.

Sonra Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı çıxış edərək qeyd edib ki, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin təməli Ümummili Lider Heydər Əliyev və Gürcüstanın o dövürdə Prezidenti olmuş Eduard Şevardnadze tərəfindən qoyulub. Bu gün bu dostluq və qardaşlıq əlaqələri Azərbaycanın müzəffər Prezidenti cənab İlham Əliyev və Gürcüstan indi ki, hökümət rəhbərliyi tərəfindən strateji müttəfiqliyə yüksəlib, cənubi qafqazda iki ölkənin dostluğu bir çox ölkələr üçün örnəkdir.

“Maarif” Okullarının Gürcüstan Nümayəndəliyinin baş direktoru Faruk Tekşen çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev qardaş Azərbaycan Respublikası ilə Gürcüstan və Türkiyə Respublikaları arasında dostluğun və qardaşlığın əsasını qoyub. O qeyd edib ki, Türk xalqı Heydər Əliyevin müdrik kəlamı “bir millət iki dövlət” anlayışı ilə yaşayır. Heydər Əliyev Türk dünyasının dahi şəxsiyyəti kimi hər zaman xalqımız tərəfindən böyük hörmətlə xatırlanır və yad edilir.

Daha sonra Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Gürcüstan Parlamentinin keçmiş deputatları Mahir Dərziyev, Hidayət Hüseynov, Dmanisi rayonunun aşağı Orzuman kəndinin məktəb direktoru, əməkdar müəllim İslam Məmmədov, ziyalı Səyyad Xəlilov və başqaları çıxış edərək Xalqımızın dahi şəxsiyyəti Heydər Əliyev haqqında geniş fikirlərini bölüşüb və bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı dünya şöhrətli siyasətçimiz İlham Əliyev tərəfindən aparılan layiqli siyasət nəticəsində 30 il həsrətində olduğumuz tarixi Qarabağ diyarı işğalçılardan azad olunub və bu gün dünyada yaşayan azərbaycanlılar müstəqil, suveren və bütöv Azərbaycanla fəxr edir, qürur duyur.


Tədbirin ikinci hissəsində ehsan süfrəsi açılıb.

Kateqoriya: Cəmiyyət, Marneuli, Region
Sonrakı yazı
4 xarici vətəndaşın ölümünə səbəb olan şəxslər həbs ediliblər
Öncəki yazı
Başın sağ olsun, Türkiyə!