Marneulidə Türkiyə Maarif Vakfına məxsus Beynəlxalq Maarif Məktəbində(Okulunda) 23 aprelə həsr olunmuş tədbir keçirilib

67

Bu gün, 23 aprel tarixində Marneulidə Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş tədbir keçirilib.

Bu bayram artıq 105 ildir ki, Türkiyədə təntənəli şəkildə qeyd olunur.

Bu əziz gündə xatırladırıq ki, 23 Aprel Uşaq Şənliyi 23 Apreli bütün dünya uşaqlarının qeyd etdiyi bir bayram halına gətirməyi məqsəd qoyub. İnşallah, bu da olacaq!

“Bu günün balacaları sabahın böyükləridir” – deyən böyük Atatürk bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsinin əsasını qoyub. Bu çərçivədə keçirilən 23 aprel tədbirlərində uşaqlar nitq söyləyir, şeirlər oxuyur. Hər il 23 apreldə Türkiyə prezidenti, Baş naziri, şəhər valiləri, bələdiyyə sədrləri, kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunan uşaqlardan birinə verir.

Marneulidə keçirilən tədbir Türkiyə Maarif Vakfına məxsus Beynəlxalq Maarif Məktəbinin( Okulunun)təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Maarif Məktəblərinin baş direktoru Faruk Tekşen, Marneulidəki Maarif Məktəbinin direktoru Murat Kordemir, Azərbaycan Evinin icraçı direktoru Məhəbbət İmanov, Ziraat Bankın Marneuli şöbəsinin rəhbəri İsfəndiyar Məmmədov, Gürcüstan Azərbaycanlıları Konqresinin və QafqazTürk Medianın nümayəndələri, valideynlər və şagirdlər iştirak ediblər.

Uşaqlar müxtəlif rəqslərlə çıxış etmiş, şeirlər söyləmişlər.

Qeyd edək ki, artıq bir neçə ildir ki, Gürcüstanda bu bayram təntənəli şəkildə qeyd olunur və uşaqlar çox sevirlər.

Daha ətraflı video-süjetimizi izləyə bilərsiniz.

 

Kateqoriya: Cəmiyyət, Marneuli
Sonrakı yazı
Bütün dövlət məktəblərində riyaziyyat və fizika üzrə gücləndirilmiş kurikulum yaradılacaq-Aleksandr Tsuladze
Öncəki yazı
23 aprel tarixinə olan valyuta məzənnəsi məlumdur