This is a specific ad

Marneulidə “Şotaoba – 2023” tədbiri keçirilib

56

Another advertisement

“Şotaoba – 2023”Marneulinin Mədəniyyət Mərkəzi zalında, yerli özünüidarəetmənin təşkilatçılığı ilə “Şotaoba – 2023” keçirilib.

Marneuli Munisipalitetinin meri Kənan Ömərov və Sakrebulonun sədri Amiran Qiorqadze çıxış edərək, gələn qonaqları “Şotaoba” münasibətilə təbrik ediblər.

Tədbir çərçivəsində müxtəlif əyləncəli və maarifləndirici fəaliyyətlər keçirilib: Marneuli şəhərinin 5 saylı ictimai məktəbinin şagirdləri “Vepxistkaosani”-dən (Pələng dərisi geymiş pəhləvan) aforizmlər tamaşası ilə çıxış ediblər; Teatr tamaşası, Şota Rustavelinin dövrünün dekorasiyalarla canlandırılması, “Vepxistkaosani” poemasından parçalar oynanılıb.

Tamaşada dəvət olunmuş aktyorlar Marneuli Munisipalitetinin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “İberiya” xoreoqrafik ansamblının rəqqasları iştirak ediblər.Bundan əlavə, kitabxananın yaxınlığında yerləşən parkda Şota Rustavelinin abidəsi əklil və güllərlə bəzədilib.

Tədbirdə Marneuli merinin müavinləri Zurab Panqani və Temur Şubitidze, Sakrebulo sədrinin müavini Riçard Qiqani, yerli özünüidarəetmə rəhbərləri, əməkdaşlar və dəvət olunmuş qonaqlar iştirak ediblər.Qeyd edək ki, Marneulidə “Şotaoba” xalq bayramı 2021-ci ildən qeyd olunur.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Gürcüstan Cinayət Məcəlləsində dəyişiklik edilməsi nəzərdə tutulur
Öncəki yazı
მარნეულში „შოთაობა – 2023“ ჩატარდა