Marneulidə qanlı hadisə: Qarşıdurma bıçaqlanma ilə nəticələnib

80

Marneulidə yeniyetmələr arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Marneuli bələdiyyəsinin Yuxarı Qullar kəndində bıçaqlama hadisəsi qeydə alınıb.

Bildirilir ki, gecə saatlarında 15-16 yaşlarında olan yeniyetmələr arasında əvvəlcə sözlü qarşıdurma yaşanıb, daha sonra onlardan biri digərin​ə dəfələrlə bıçaqla xəsarət yetirib.

Əldə etdiyimiz məlumata əsasən, yaralanan şəxs Marneulidəki xəstəxanalardan birinə aparılıb və onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Öncəki yazı
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb