Marneulidə, Mədəniyyət Evində Maarif Vakfına məxsus Beynəlxalq Maarif Məktəbinin təşkilatçılığı ilə “Maarif Mədəniyyət Harmoniyası” adlı tədbir keçirilib

99

Marneulidə, Mədəniyyət Evində Maarif Vakfına məxsus Beynəlxalq Maarif Məktəbinin təşkilatçılığı ilə 23 aprel Ulusal Egemenlik və Çocuk bayramı həftəsinə uyğun olaraq “Maarif Mədəniyyət Harmoniyası” adlı tədbir keçirilib.

Tədbirdə Maarif Məktəblərinin baş direktoru Faruk Tekşen, Marneulidəki Maarif Məktəbinin direktoru Murat Kordemir, Türkiyə Səfirliyinin din işləri üzrə müşaviri Mahmud Göl, Azərbaycan Evinin icraçı direktoru Məhəbbət İmanov, Ziraat Bankın Marneuli şöbəsinin rəhbəri İsfəndiyar Məmmədov, Gürcüstan Azərbaycanlıları Konqresinin və QafqazTürk Medianın nümayəndələri, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbir həm gürcü, həm Azərbaycan, həm də türk mədəniyyətini özündə birləşdirib. Şeirlər və mahnılar səsləndirilib.

Biz də öz növbəmizdə belə gözəl bir təşəbbüsə görə, təşəkkürümüzü bildiririk.

Sonrakı yazı
DİN narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirli bilinən şəxsi həbs edib
Öncəki yazı
“Gürcü Arzusu”-nun sədri İrakli Qaribaşvili partiyanı tərk edir