Marneulidə Lelo-Güclü Gürcüstan partiyası brifinq keçirib

38

Bu gün Lelo-Güclü Gürcüstan partiyası Marneulidə brifinq keçirib.

Brifinqdə partiyanın Marneuli üzrə nümayəndəsi Aqil Mustafayev çıxış edib.

Aqil Mustafayevin çıxışını təqdim edirik:

“Biz Lelo- Güclü Gürcüstan Koalisiyası olaraq hazırki vəziyyəti mübarizə məqsədilə istifadə etməyi düşünürük. Biz digər  müxalif partiyalarla birlik yaratmaq üçün müxtəlif addımlar atdıq, ancaq təəssüf ki, nəticə olmadı. Biz hesab edirik ki, boykot çıxış yolu deyil. Bizim məqsədimiz xalqla birlik olaraq mübarizə aparmaqdır.

Biz yalnız seçkilərə qatılmaqla deyil, həm də küçələrdə, beynəlxalq arenalarda, seçki məntəqələrində, sosial medyalarda mübarizəni davam edirik,”- deyə o, bildirib.

Daha ətraflı video-süjetimizi izləyə bilərsiniz.

 

Sonrakı yazı
Tbilisidə yaralanma hadisəsi baş verib
Öncəki yazı
Əbu-Dabidə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilir