Another advertisement
Marneuli bələdiyyəsində iş adamının evi odlu silahla gülləbaran edilib.
QafqazTürk Media xəbər verir ki, hadisə Baydar kəndində baş verib.
Hadisənin gecə saatlarında baş verdiyi bildirilir.
Odlu silahla gülləbaran edilən evə əl qumbarası da atılıb.
Hadisə nəticəsində evə ziyan dəyib, lakin xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma davam edir.