Xarı Bülbül təşkilatının təşəbbüsü, Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi ilə Marneulidə, Mehri restoranında 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” nə həsr olunmuş musiqili tədbir keçirilib.
QafqazTürk Media xəbər verir ki, Tədbirdə müxtəlif ictimai təşkilatlar, ziyalılar, məhdud qabiliyyətli şəxslər iştirak ediblər.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov çıxış edərək öz təşəkkürünü bildirib və uğurlar arzulayıb.
Xalqımızı harada olmağımızdan asılı olmayaraq həmrəy olmağa, əmin-amanlıq içində yaşamağa çağırıb.
Fürsətdən istifadə edərək Avropada böyük uğur qazanmış müğənni Şaban Mamedovu bir daha təbrik edib.
Qafqazda sülhün bərqərar olmasının əhəmiyyətindən, 44 günlük Qarabağ müharibəsində əldə edilən şanlı qələbədən söz açıb.