Marneulidə cinayət hadisəsi – ƏTRAFLI

94

Kvemo Kartlidə adam öldürməyə cəhd hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Marneuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 1996-cı il təvəllüdlü M.Ş.  saxlanılıb.

İstintaq müəyyən edib ki, şübhəli şəxs Marneulidəki restoranlardan birində baş verən mübahisə zamanı 1999-cu il təvəllüdlü  M.O.-ya bıçaqla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Polis hadisədən dərhal sonra təqsirləndirilən şəxsi saxlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 19 bəndinin 108-ci maddəsi ilə istintaq davam etdirilir və 15 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

 

Kateqoriya: Gündəm
Sonrakı yazı
Tramp: “Yaxın Şərqdə sülh nəhayət gerçək oldu”
Öncəki yazı
Türkiyədə türk əsilli əcnəbilər artıq vətəndaş kimi işləyə biləcəklər