This is a specific ad

Marneulidə 9 May- faşizm üzərində qələbə günü qeyd olundu.

97

Another advertisement

Marneuli Munisipalitetinin rəsmiləri faşizm üzərində qələbənin 78-ci ildönümü ilə əlaqədar – Aşağı Saral, Xocornu və Sadaxlı kəndlərində İkinci Dünya Müharibəsi qəhrəmanlarının abidələri önünə çələnglər qoyublar.

Qeyd edək ki, Gürcüstan hökumətinin sərəncamına əsasən, faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə, İkinci Dünya Müharibəsi iştirakçıları – 1000 lari, İkinci Dünya Müharibəsində həlak olanların ailə üzvləri isə – 500 lari məbləğində birdəfəlik yardım alacaqlar.

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili sərəncama artıq imza atıb.

„Faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə qəhrəman veteranlarımızı təbrik edirəm. Onlar, dünyada daha yaxşı gələcəyin olması uğrunda mübarizə aparıblar.Bununla bağlı, Aşağı Saral, Xocornu və Sadaxlı kəndlərini ziyarət edərək, 9 May abidələri önünə çələnglər qoyduq.Qəhrəmanların, vətən uğrunda göstərdikləri şücaəti unutmamaq bizim borcumuzdur!“ – Marneuli Munisipalitetinin meri Kənan Ömərov qeyd edib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Azyaşlı qıza cinsi təcəvüz edən ata və qonşusu saxlanılıb
Öncəki yazı
Ukrayna XİN: İctimai tədbirdə Putin kimi hərbi cinayətkarla birgə iştirak etmək Ukraynaya qarşı əxlaqsız və qeyri-dost addımdır