This is a specific ad

Marneulidə 3 nəfər saxlanılıb

82

Another advertisement

Daxili İşlər Nazirliyinin əməkdaşları Marneuli bələdiyyəsində 3 nəfəri saxlayıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və əməliyyat-istintaq tədbirləri nəticəsində 2003-cü il və 2002-ci il təvəllüdlü şəxsləri saxlayıb. Onlar polisə hücum etməkdə ittiham edilirlər.
İstintaqla müəyyən edilib ki, bu il aprelin 12-də sərxoş vəziyyətdə olan A.B. Marneuli-Sədaxlı yolunda avtomobili idarə edərkən qəza şəraiti yaradıb, bundan sonra patrul polisinin nümayəndələri onu maşını saxlamağa çağırıblar. Sürücü polislərin çağırışına tabe olmayıb. O, Marneuli bələdiyyəsinin kəndlərindən biri istiqamətində yoluna davam etsə də hərəkətin təhlükəsizliyini təmin edə bilməyib, idarəetməni itirrk aşıb. Hadisə zamanı yerli əhalinin bir hissəsi hadisə yerinə toplaşaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarının hadisədə iştirak edən şəxsləri saxlamasına mane olublar. Həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində təqsirli bilinən sürücü və onunla birlikdə olan iki sərnişini polis əməkdaşları tezliklə saxlayıb. Polisə hücumla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə araşdırma aparılır. Cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur”- deyə Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Ukraynanın bütün ərazisində hava hücumuna dair həyəcan siqnalı elan edilib
Öncəki yazı
Yaddaşı gücləndirmək üçün gündəlik hansı qidaları qəbul etməliyik?