Another advertisement
Çinin şərqindəki Tszyansi əyalətinin təxminən 536 min sakini leysan və daşqınlar səbəbilə fəlakət zonasında qalıb.
Bu barədə regional daşqın və quraqlıqla mübarizə mərkəzi məlumat yayıb.
Məlumata görə, son 4 gün ərzində xilasedicilər ölkənin xüsusilə təhlükəli bölgələrindən 16 minə yaxın insanı təxliyə ediblər.
Mayın 5-dən bəri təbii fəlakətlərin vuduğu birbaşa ziyan təxminən 670 milyon yuan (96,8 milyon ABŞ dolları) təşkil edib.Ölən və yaralananlar barədə məlumat verilmir.