This is a specific ad

Marneulidə Mədəd Çobanovun xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir

93

Another advertisement

Bu gün Marneulidəki “Azərbaycan Evi”ndə tanınmış türkoloq, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun xatirəsinə həsr edilmiş “Ana dilimiz – varlığımızdır” adlı inşa yazılar müsabiqısi ilə bağlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov açmışdır.

Əvvəlcə Mədəd müəllimin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra M.İmanov ölkəmizdə Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tədrisi barədə qısa məlumat vermis və ana dilimizlə bağlı müsabiqənin əhəmiyyətini vurğulamış, əməyi keçən hər kəsə təşəkkür etmişdir.

“Maarif” təşkilatının rəhbəri, müsabiqənin əsas təşkilatçısı Ələddin Qarabağlı müsabiqədə iştirak edən bütün məktəb şagirdlərinə, rəhbərliklərə təşəkkür etmiş, müsabiqənin bundan sonra da ənənə şıkli alaraq davam edəcəyini bildirmişdir.

Sonra söz Gürcüstan Azərbaycanlıları Konqresinin rəhbəri Hüseyn Yusubova verilmişdir. Hüseyn müəllim öz çıxışında ana dilini öyrənməyin bir borc olduğunu, GAK-ın fəxri üzvü, professor Mədəd Çobanov irsini araşdırmağın, onu qorumağın və gələcək nəsillərə ötürməyin vacibliyini vurğulamışdır. Hüseyn müəllim müsabiqənin üç qalibindən dolayı, əslində iştirakçı olmuş bütün şagirdlərin mənəvi olaraq qalib olduğunu bildirmişdir. Çünki onlar ana dili uğrunda yarışmışlar. Axırda  H. Yusubov bəzi mövcud problemlərin həlli istiqamətində tövsiyə və təkliflərini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müzakirələrdə iştirak edən yazıçı, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Əli Abbas, Əməkdar müəllim Qazax Abdullayev, müəllimə Fatma Aslan, məktəb direktoru, “Gürcüstan” qəzetinin bölgə müxbiri İslam Məmmədov, müəllimə Abayat Qurbanova, müəllimə Sevda Şahverdiyeva, müəllimə Sevda Ələkbərova, digər natiqlər öz çıxışlarında “Ana dilimiz – varlığımızdır” inşa müsabiqəsinin əhəmiyyətindən, bu təcrübənin önəmindən, ana dilinin bir kimlik, bir pasport olduğundan danışıblar.

Tədbirin sonunda qaliblər adları açıqlanmışdır:

Gövhər Əliyeva birinci, Güllü Aşırova və Səkinə Qurbanova ikinci, Gülcan Mikayılova, Emil Əliyev və Aysun Hüseynova üçüncü yeri tutmuşlar.

Fəal iştirak edən bəzi şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Parlament çoxluğu yeni qanunlar paketi təşəbbüsü ilə çıxış edir
Öncəki yazı
საპარლამენტო უმრავლესობა კანონების ახალ პაკეტს აინიცირებს