This is a specific ad

Marneulidə Zəlimxan Yaqubun doğum gününə həsr olunmuş tədbir keçirilib

28

Another advertisement

Bu gün, Marneuli şəhərində yerləşən “Azərbaycan Evi”ndə Türk dünyasının dahi şairi Zəlimxan Yaqubun doğum gününə həsr edilmiş tədbir keçirilib.

QafqazTürk.com xəbər verir ki, tədbir “Azərbaycan Evi”nin rəhbəri Məhəbbət İmanovun təşkilatçılığı ilə həyata keçib.

Tədbirə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Ramel Lətifov, Gürcüstan Azərbaycanlıları Konqresinin və “QafqazTürk Media”nın əməkdaşları, siyasi-ictimai xadimlər, ziyalılar, din xadimləri, mmüəllimlər, mətbuat nümayəndələri və bir sıra QHT-lər iştirak edirdilər.

Giriş sözü ilə tədbiri açıq elan edən “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov Zəlimxan Yaqubun yaradıcılığından bəhs edib.

Bundan sonra şairin haqqında qısametrajlı video nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Ramel Lətifov, Gürcüstan Parlamentinin iki çağırış deputatı olmuş böyük ziyalımız Ramiz Bəkirov, keçmiş Kvemo Kartli Qubernatoru Levan Mamaladze, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və digər natiqlər şairlə bağlı olan xatirələrini danışdılar.

Zəlimxan Yaqubun kiçik qardaşı, ziyalımız Çingiz Yaqubov ailə adından çıxış edərək təşkilatçılara və natiqlərə təşəkkürünü bildirdi.

Sonda qonaqlar üçün çay və şirniyyat süfrəsi açılıb.

 

Kateqoriya: Maraqlı
Sonrakı yazı
მარნეულში ზელიმხან იაკუბის დაბადების დღისადმი მიძღვნილი ღონისძიება გაიმართა
Öncəki yazı
რა დაგიჯდებათ პირადობის შეცვლა ან დამზადება და რომელი ასაკიდანაა მისი აღება შესაძლებელი?