Marneulidə yol-nəqliyyat hadisəsi baş verib – 1 yaralı

2

Marneuli şəhərinin Rustaveli küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidinin xəbər portalımıza verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər xəsarət alıb və o, təcili tibbi yardım briqadası hadisə yerinə gələnədək huşunu itirmiş vəziyyətdə olub.

Hadisəyə səbəb mopedi idarə edən kuryer “Mercedes” markalı avtomobilə çırpılıb.

Hadisə yerinə patrul əməkdaşları səfərbər edilib. Moped sürücüsü təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

1
0
Kateqoriya: Kriminal
Sonrakı yazı
“18 ჭრილობა მიაყენა” – კახეთში, 24 წლის ბიჭი დაჭრეს
Öncəki yazı
Bakıda güclü partlayış baş verib – VİDEO