This is a specific ad

Marneulide Uşaq Bağçaları Birliyinin əməkdaşları tibbi müayinə və konsultasiyadan pulsuz yararlanacaq

57

Another advertisement

Qiorqi Doxturişvilinin təşəbbüsü ilə Kvemo Kartlidə Uşaq Bağçaları İttifaqının 2800-dən çox əməkdaşı otuzdan çox adda tibbi müayinə və konsultasiyadan pulsuz yararlanacaq.

Marneuli Munisipalitetinin meri Kənan Ömərov və Marneulidə fəaliyyət göstərən üç tibbi klinikanın rəhbərləri, qarşılıqlı əməkdaşlıq memorandumu imzalayıblar.

Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvilinin təşəbbüsü ilə, regionda fəaliyyət göstərən tibb klinikaları ilə Kvemo Kartli regionunun Munisipalitetləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən – Rustavi, Qardabani, Bolnisi, Dmanisi, Tsalka, Marneuli və Tetritskaro Munisipalitetlərindəki uşaq bağçaları birliyinin əməkdaşları tibb müəssisəsi tərəfindən təqdim olunan, əvvəlcədən müəyyən edilmiş müayinələr və məsləhətlərdən pulsuz yararlana biləcəklər.

Benefisiarlar Marneulidə Munisipalitet Meriyasının müvafiq sənədi əsasında aşağıdakı tibbi klinikalarda tibbi xidmət ala biləcəklər:

• Marneulinin “Geo Hospitals” səhiyyə;

• Marneulinin “Aversi” Klinikası;

• Marneulinin “Medix” Poliklinikası;

Memorandumun imzalanmasında Kvemo Kartli üzrə dövlət nümayəndəsinin müavinləri, Munisipalitet merləri, Kvemo Kartlidəki tibb klinikaları və uşaq bağçaları birliyinin nümayəndələri iştirak ediblər.

Kateqoriya: Gündəm
Sonrakı yazı
დედის მკვლელობის ბრალდებით შვილი დააკავეს
Öncəki yazı
მარნეულში ბაგა- ბაღების თანამშრომლები სამედიცინო გამოკვლევებსა და კონსულტაციებს უფასოდ მიიღებს