This is a specific ad

Marneulidə təbii fəlakət nəticəsində ziyan dəymiş infrastrukturun bərpası işləri yekunlaşmaq üzrədir

76

Another advertisement
Marneuli Munisipalitetində, 26 may tarixində baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş infrastrukturun bərpası işləri yekunlaşmaq üzrədir.
Marneuli Munisipalitetinin meri Kənan Ömərov, Sakrebulonun sədri Amiran Qiorqadze, merin birinci müavini Roin Dekanoidze, Sakrebulonun sədr müavini Riçard Qiqani və özünüidarəetmənin nümayəndələri iş prosesi ilə tanış olublar.
İmir kəndində, uzunluğu 360 metr olan içməli su xəttinin çəkilişi artıq başa çatdırılıb, 13 kənddə 1 800-ə yaxın abonentin içməli su təchizatı bərpa edilib.
Həmçinin, Qaçağan kəndində su nasos stansiyasının bərpası başa çatmaq üzrədir. Yeni transformator quraşdırılıb, yüksək gərginlikli elektrik ötürücü xətləri və dayaq dirəkləri quraşdırılır.
Təbii fəlakət nəticəsində ziyan dəymiş infrastrukturun bərpası məqsədilə müvafiq xidmətlər fasiləsiz çalışır.
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Marneuli Munisipalitetinə 4 ədəd yeni zibildaşıyan maşın xidmət göstərəcək
Öncəki yazı
აშშ-მ სანქციების პირველი პაკეტი გამოაცხადა