Bu gün Marneulidə “Lelo” partiyasının qərargah ofisinin açılışı olub.
QafqazTürk.com xəbər verir ki, açılışda Mamuka Xazaradze, Badri Caparidze, Aqil Mustafayev, partiyanın rəsmi şəxsləri və yerlə əhali iştirak ediblər.
Açılı tədbirini çıxış sözü ilə açan Mamuka Xazaradze Marneuli əhalisinin rifahı üçün mümkün imkanlardan istifadə edəcəklərini bildirib.
Sonra Badri Caparidze də çıxış edərək Marneulidə yaşayan əhalinin yaşayış standartlarının yaxşılaşdırılması üçün mühüm addımların atılacağını və pensiyaların 1000 olaraq təyin edilməsinin planlaşdırıldığını deyib.
Aqil Mustafayev isə öz növbəsində kənd-kənd gəzərək əhalinin problemi barədə məlumat alaraq, o problemlərin aradan qaldırılması barədə partiya daxilində və əhalinin arasında fikir mübadilələrinin aparılacağını vurğulayıb. O, həmçinin Marneulidən olan gənclərin qabiliyyətlərinin ön plana çıxarılması üçün də bir sıra addımların atılacağını qeyd etdi.