• 30 Noyabr 2023 02:16

Marneulidə işıqlar niyə tez-tez sönür?

Avatar photo

BySalo Salahlı

May 5, 2023

Marneuli ərazisində elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.Bu hal Marneuli sakinlərinin narazılığına səbəb olur. “Energo-Pro Georgia” şirkətinin Marneuli filialından əldə edilən məlumata görə, elektrik kəsilməsi bələdiyyədə həyata keçirilən bərpa işləri ilə əlaqədardır.

“Qeyd edim ki, elektrik xətlərinin vaxtaşırı yenilənməsi/bərpa edilməsi lazımdır.2023-cü ildə Marneuli xidmət mərkəzi olaraq 600-dən çox zədələnmiş elektrik xəttinin dəyişdirilməsini planlaşdırırıq.Bu işlərin görülməsi üçün təhlükəsizlik normalarına uyğun olaraq, əməkdaşlarımızın təhlükəsizliyini nəzərə alaraq, elektrikin kəsilməsi zəruridir. Ümid edirik ki, vətəndaşlarımız bizi başa düşər”- deyə “Energo-Pro Georgia” şirkətinin Marneuli filialının meneceri Giorgi Cğarkava bildirib .

34930cookie-checkMarneulidə işıqlar niyə tez-tez sönür?