Another advertisement
Marneulidə azyaşlı qızı qaçırmaqda təqsirli bilinən 2 nəfər saxlanılıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən saxlanılanlar 1994-cü il təvəllüdlü və 1981-ci il təvəllüdlü şəxslərdir. Onları 7 ildən 10 ilə qədər həbs gözləyir.
İstintaqla müəyyən edilib ki, cari ilin iyun ayının 7-də Marneuli Bələdiyyəsinin Qızılhaclı kəndində 16 yaşlı yeniyetmə qaçırılıb.
Qabaqcadan əlbir olan qrup tərəfindən yetkinlik yaşına çatmayan qızı qanunsuz olaraq azadlıqdan məhrumetmə faktı üzrə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “a” və “d” bəndləri ilə istintaq aparılır.