This is a specific ad

Marneulidə 20 Yanvar və 9 Aprel faciələrinə həsr olunmuş anım tədbiri keçirilib

50

Another advertisement

Bu gün Marneulidə, “Azərbaycan Evi”ndə 20 Yanvar və 9 Aprel faciəsinin 34-cü il dönümünə həsr olunmuş “Milli Dirəniş və Azadlığa Gedən Yol” adlı foto-sərgi və “unutsaq-unudlarıq” adlı anım tədbiri keçirilib.

QafqazTürk.com xəbər verir ki, anım tədbiri “Azərbaycan Evi”nin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı, Gürcüstan Azərbaycanlıları Konqresinin və “QafqazTürk Media”nın əməkdaşları, Marneuli meriyasının və bələdiyyə məclisinin əməkdaşaları, Türkiyə Maarif Okulları Vakfı Gürcüstan təmsilçisi Ali Sedat Aslan, ziyalılar, din xadimləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbir şəhidlərin ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla başlayıb və giriş sözü ilə çıxış edən “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov iştirakçılara 20 yanvar və 9 Aprel faciələri barədə məlumat verib.

Sonra ictimai-siyasi xadimlər çıxış ediblər. Onlar arasında GAK sədri Hüseyn Yusubov da çıxış edərək 20 Yanvar, 9 Aprel və Xocalı soyqırımlarının yaddaşlardan heç vaxt çıxardılmamasını, gələcək nəsillərə də ötürülməli olduğunu və gənclərin bu tarixləri dəyəndirməli olduqlarını diqqətə çatdırıb.
O, həmçinin 34 il bundan əvvəl rus işğalçıarı qarşısında aciz qalan gürcü və azərbaycan xalqlarının bu gün qardaş Türkiyə Cümhuriyyətinin dəstəyi ilə nizami ordu yaratmağı bacardıqlarını qeyd edib.

Marneuli bələdiyyə məclisinin sədr müavini Rövşən İsgəndərov öz növbəsində 20 Yanvar və 9 Aprel tarixlərinin daimi olaraq yaddaşlarda qaldığını və həmişə qalacağını vurğulamış, vətən uğrunda canından keçmiş qəhrəmanların ruhları qarşısında baş əydiyini bildirib.

Daha sonra bir çox yerli ziyalılar da çıxış etdilər.

Tədbirin ikinci hissəsi ehsan süfrəsi ilə davam etdi.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstanda qripə yoluxma halları
Öncəki yazı
ქალაქ რუსთავში თანამედროვე სტანდარტებზე მორგებული, 210 აღსაზრდელზე გათვლილი, სრულად რეაბილიტირებული ბაღი გაიხსნა