Marneulidə yerləşən iki yeməkxanada hazırlanmış qiymə ətdə uzunqulaq DNT-si aşkarlanıb – ƏTRAFLI

126

Marneulidə yerləşən iki yeməkxanada hazırlanmış qiymə ətdə uzunqulaq DNT-si aşkarlanıb.
QafqazTürk Media bildirir ki, bu barədə Milli Qida Agentliyinin məlumat yayır.
Agentliyin bildirdiyinə görə, Kvemo Kartli Departamentinin müfəttişləri dövlət nəzarəti çərçivəsində ət və ət məhsullarının növ araşdırması məqsədilə müəssisələrdən və satış obyektlərindən nümunələr götürərək akkreditə olunmuş laboratoriyada yoxlayıblar.
“Laboratoriya tədqiqatı nəticəsində 2 qida nümunəsində uzunqulaq DNT-si aşkarlanıb:
1)Qiymə ət – istehsalçı: Fərdi sahibkar „Sabir Çıldırlı“ (yeməkxana),
Ünvan: Marneuli, Ağmaşenebeli küç. 2a (bazar ətrafı ərazi),
Hazırlanma tarixi: 29.10.2025;
2)Qiymə ət – istehsalçı: Fərdi sahibkar „Famil Magarov“ (yeməkxana),
Ünvan: Marneuli, Ağmaşenebeli küç. 2a (bazar ətrafı ərazi),
Hazırlanma tarixi: 29.10.2025.
Milli Qida Agentliyinin nəzarəti altında həmin qida məhsulları satışdan çıxarılıb. Biznes subyektlərinin istehsal prosesi dayandırılıb və materiallar əlavə tədbirlər üçün müvafiq qurumlara təqdim edilib” – deyə Agentlik bildirib.
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Avropa Komissiyası Gürcüstanla bağlı növbəti hesabat təqdim edib – ƏTRAFLI
Öncəki yazı
Gürcüstanın Konstitusiya Məhkəməsinin rəsmi saytında “Gürcü Arzusu”nun konstitusiya iddiası dərc olunub – ƏTRAFLI