This is a specific ad

Marneulidə Yer Kürəsi Günü qeyd edildi

28

Another advertisement

Marneulidə Yer Kürəsi Günü ilə əlaqədar olaraq yaşıllaşdırma və təmizlik aksiyası təşkil olunub Marneuli Munisipaliteti Özünüidarəetməsinin təşkilatçılığı ilə, Yer Kürəsi günü ilə bağlı olaraq Munisipalitetdə yaşıllaşdırma və təmizlik aksiyası təşkil olunub.

Aksiya çərçivəsində, Tamarisi kəndinin 9 Aprel parkı, Marneuli-Sadaxlı avtomobil yolunun Tsereteli hissəsi, Şulaver və Şaumyan kəndlərinin ictimai məktəblərinin yerləşdiyi ərazilər təmizlənib.

Yer Kürəsi Gününə həsr olunmuş tədbirlərdə Yerli Özünüidarəetmə rəhbərləri, Meriya və Sakrebulonun əməkdaşları, müxtəlif məktəblərin şagirdləri iştirak edirdilər. Sözü gedən kampaniyanın məqsədi sağlam həyat tərzinin bərqərar olması, təmiz və sağlam həyat mühitinin yaradılması, əhalinin ekoloji və sosial məsuliyyətinin artırılmasıdır.

qeyd edək ki, Yer Kürəsi Günü Gürcüstanda ilk dəfə 1990-cı ildə qeyd olunub.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Marneulidə Ramazan bayramı tədbiri keçiriləcək
Öncəki yazı
Marneuli bələdiyyəsində 3 uşaq bağçası inşa olunacaq