This is a specific ad

Marneulidə yaşayan 5 nəfərdən ibarət ailənin sizin köməyinizə ehtiyacı var

14

Another advertisement

Marneuli bələdiyyəsinin Seyid Qocalı kəndində üç azyaşlı olmaqla, beş nəfərdən ibarət ailənin sizin köməyinizə ehtiyacı var. Ailənin evi qəzalı vəziyyətdədir, tavanın bir hissəsi çöküb, divarları isə zədələnib.

Ailənin sözlərinə görə, yağış yağdıqda evə damır. Ana və nənə 3 azyaşlının az qalmaması üçün gündəlik işə gedirlər.Onların yeganə gəlir mənbəyi, məhz gündəlik işlərə gedərək qazandıqları maddi gəlirdir. Sözügedən məbləğ isə, nə onların gündəlik xərclərinə, nədə evin təmirinə yetir. Ailə xeyirxah insanlardan kömək gözləyir.

“Əmin” yardım fondu və xeyriyyəçi Minurə Mustafayeva aztəminatlı ailəyə dəstək olmaq məqsədi ilə yardım kampaniyası başladıb. Əldə olunan məbləğlə ailənin qəzalı vəziyyətdə olan evi təmir olunacaq. Bunun üçün isə, ilk mərhələdə 10 min lariyə ehtiyac var.

Kömək etmək istəyənlər qeyd olunan hesab nömrələrinə məbləğ köçürə bilərlər.

Sakartvelo bank: GE79BG0000000371048250

TBC bank: Ge43TB7667545064300017

Əlaqə nömrəsi: 557 93 0700

Kateqoriya: Gündəm
Sonrakı yazı
HƏMAS-ın İsrailə hücumu nəticəsində 12 Ukrayna vətəndaşı ölüb, 8-i itkin düşüb
Öncəki yazı
14 წლის აითაჯის საქმე – სკოლის დირექტორი კლინიკაშია