• 23 Fevral 2025 02:34

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Marneulidə Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

ByTürkan Şahverdova

Fev 22, 2025
Another advertisement

Bu gün, 22 fevral 2025-ci il tarixində Marneulidə “Azərbaycan Evi” nin təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşəbbüsü və Diaspora Komitəsinin maliyyə dəstəyilə Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycanın Gürcüstandakı Səfirlik nümayəndələri, Türkiyənin Gürcüstandakı Səfirliyinin nümayəndəsi, Gürcüstan Azərbaycanlıları Konqresinin nümayəndələri, QafqazTürk Media kollektivi, ziyalılar, din xadimləri, məktəb şagirdləri iştirak ediblər. Tədbirdə həmçinin fotosərgi təşkil olunub.

“Azərbaycan Evi”nin icraçı direktoru Məhəbbət İmanov tədbiri giriş sözü ilə açıb və iştirakçıları şəhidlərin bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. O, dünyaya səs salan Xocalı Soyqırımının tarixindən, tanınması üçün görülən işlərdən danışıb və dünyaya sülh arzulayıb. Çıxışını tamamlayan icraçı direktor qonaqlara da söz verib və onlar öz təəssüratlarını bölüşüblər.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin baş müşaviri Kamal bəy, Türkiyənin Gürcüstandakı Səfirliyinin nümayəndəsi, sabiq millət vəkili, ictimai-siyasi xadim Azər Süleymanov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Ruslan Hacıyev, ictimai-siyasi xadim Ramiz Bəkirov, ruhani Yasin Əliyev, Əziz Nəbiyev, ictimai-fəal Rəşan Ziyadəliyev və Xətai Əzizov çıxış ediblər.

Çıxış edənlərdən sabiq millət vəkili, ictimai-siyasi xadim Azər Süleymanov deyib:

“Mən Xocalı Soyqırımında dünyasını dəyişən körpələrin dəfnində iştirak etmişəm. O, zaman düşünməzdim ki, bir zaman gələcək və mən millət vəkili olacağam, ancaq hər bir insanın qəlbində qisas hissi olur. Mən qüdrətli Azərbaycan ordusuna təşəkkür etmək istəyirəm, heç bir şəhidin qanı yerdə qalmadı. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov tədbir iştirakçılarını salamlayaraq sözə davam edib:

“Azərbaycan günahsız körpələrə, qadınlara, qocalara toxunmadan şanlı bir şəkildə qisasını və torpağını aldı. Unutmayaq ki, Soyqırım yaşayanlar Soyqırım yaşatmazlar. Mən vətən və torpaq uğrunda canından keçən hər kəsə Allahdan rəhmət diləyirəm. Düşünürəm ki, artıq bütün Qafqazda sülhün vaxtı gəlib çatıb. Hər birinizə təşəkkür edirəm və uğurlar arzulayıram”.

Tədbirdə həmçinin Xocalı əsilli Marneuli sakini Gülnaz Çıldırlıya söz verilib.”Bu gün mənim ana yurdum Xocalının 33-cü ildönümüdür. Mənim anamın yaxın qohumları orada şəhid oldular. Bizim üçün çox ağır bir faciədir. Anamın göz yaşları bir ömür qurumadı, Xocalıya getmək arzusu ilə yaşayırdı. Şuşanın işğaldan azad edildiyini eşitdikdən 2 gün sonra dünyasını dəyişdi. Bu gün orada yaşayan hər kəsə cansağlığı, xoş günlər arzulayıram”.

Tədbir Esmira Ələkbərlinin yazdığı və təşkilatçılığı ilə ərsəyə gələn “Nəfəs Fasiləsi” adlı tamaşanın nümayişi ilə davam etdirilib. Tamaşada o qanlı gecədə baş vermiş hadisə əks etdirilib, zabitin körpə uşağı necə xilas etdiyi göstərilib.Tamaşa o qədər təsirli idi ki, iştirakçıkar göz yaşlarını saxlaya bilmədilər. Gənclərimizin istedadı göz oxşadı.Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov hər birini ” Fəxri Fərman” la təltif edəcəyini bəyan etdi.Tamaşa bitdikdən sonra hər bir tamaşa iştirakçısına təşəkkürnamə təqdim olunub.Qonaqlar tamaşa sonrası öz təəssüratlarını bölüşüblər.

İctimai- siyasi xadim Ramiz Bəkirov bildirib:

“Mən Esmira müəllimə və bu gözəl balalara möhtəşəm tamaşaya görə təşəkkür edirəm. Mən özümü xoşbəxt azərbaycanlı hesab edirəm, çünki bu möhtəşəm qələbəni görmək mənə nəsib oldu”.

Tədbir sonunda xatirə şəkilləri çəkilib.

Biz də Gürcüstan Azərbaycanlıları KonqresiQafqazTürk Media ailəsi olaraq, icraçı direktor Məhəbbət İmanova bu günkü tədbirin yüksək səviyyəli təşkilatçılığı üçün təşəkkür edirik!