This is a specific ad

Marneulidə vətəndaşdan külli miqdarda pul qoparmağa və əmlakına zərər verməyə cəhd edən 3 nəfər həbs edilib

742

Another advertisement

Polis Marneulidə külli miqdarda pul qoparmağa kömək etməyə və başqasının əmlakına ziyan verməyə cəhd etmə faktı üzrə 3 nəfəri həbs edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, müttəhimlər, xaricdə yaşayan kriminal avtoritetin tapşırığı ilə Marneuli bələdiyyəsində vətəndaşlardan öldürmək və əmlaklarına ziyan vurmaq hədəsi ilə külli miqdarda pul tələb edilib. Vətəndaş onların tələbini təmin etmədikdə isə zərərçəkmişin həyətinə “Molotov” kokteyli atılıb və silahdan 3 dəfə atəş açılıb.

Cinayət 9 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hər üç şəxsi təqsirləndirilən şəxs qismində həbs edib.Polis patronları sübut kimi götürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 25-181 və 19-187-ci maddələri ilə istintaq aparılır”, – məlumatda deyilir.

Sonrakı yazı
“გახარიაც და ხაზარაძეც დღეს ბევრად უფრო დიდ ხიფათს წარმოადგენენ ქართული საზოგადოებისთვის, ვიდრე ყველასათვის გაშიფრული „ნაციონალური მოძრაობა“- რას აცხადებს მამუკა მდინარაძე?
Öncəki yazı
Ad gününüz mübarək!