Another advertisement
Gürcüstanın baş nazirinin təşəbbüsü ilə bütün ölkə üzrə 885 uşaq bağçasının tikintisi və bərpası həyata keçiriləcək.
Sözügedən proqram çərçivəsində cari il Kvemo Kartli regionunda 15 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə və 8 uşaq bağçasının bərpasına başlanacaqdır.
Sözü gedən uşaq bağçaları Marneuli şəhərində, Tsereteli ve Şulaveri kəndində inşa olunacaq, Marneulinin 4 saylı uşaq bağçası isə tamamilə bərpa olunacaq.
Məktəbəqədər təhsil müəssisələri müasir standartlara uyğun tikiləcək və təmir ediləcək.
Tikinti və bərpa işlərini Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişafı Fondu həyata keçirəcək.