This is a specific ad

Marneulidə sosial cəhətdən həssas ailələr üçün pulsuz torpaq becərilməsi proqramı bu il də davam etdiriləcək

41

Another advertisement

Marneuli Bələdiyyəsində sosial cəhətdən həssas ailələr üçün pulsuz torpaq becərilməsi proqramı bu il də davam etdiriləcək.

Sözügedən qərar Marneuli Şəhər Şurasının yanvarın 17-də keçirilən iclasında qəbul edilib. Məsələ ilə bağlı Meriyanın Əmlakın İdarə Edilməsi və Maddi-Texniki Təminat Xidmətinin rəisi Aqil Əmircanov çıxış edib.

O bildirib ki, 100.000-ə qədər reytinq balı olan sosial cəhətdən həssas ailələr proqramdan yararlanmaq üçün öz inzibati ərazi vahidlərində bələdiyyə sədrinin nümayəndələrinə müraciət edə bilərlər.

“Xatırlatmaq istərdim ki, kənd təsərrüfatına dəstək proqramı çərçivəsində bələdiyyə qeydiyyatında olan, 100 minə qədər bal toplayan sosial cəhətdən həssas sakinlər üçün hər il təxminən yarım hektara yaxın torpaq şumlanır. Proqramın meyarlarına uyğun olan vətəndaşlar bələdiyyə sədrinin kənd üzrə nümayəndəsi ilə əlaqə saxlasınlar, bundan sonra siyahı tərtib edilərək “Təmiz Marneuli” QHT-yə göndəriləcək, sonra isə bunun əsasında meriyanın balansında olan texnika ilə iş aparılacaq.

Xatırladırıq ki, hər il təxminən 75-150 ailəyə köməklik göstəririk və 30-60 hektar torpaq becəririk”, – deyə Aqil Əmircanov bildirib.

Kateqoriya: Cəmiyyət, Marneuli, Region
Sonrakı yazı
Azərbaycan Prezidenti və Gürcüstanın baş naziri görüşdən sonra bəyanat veriblər
Öncəki yazı
İlham Əliyev İrakli Kobaxidzeyə: Parlament seçkilərindən sonra ilk xarici səfərinizi Azərbaycana planlaşdırmağınız iki ölkə arasındakı münasibətin yüksək səviyyədə olmasından xəbər verir