Another advertisement
Bu gün Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində iş adamının evi gülləbaran edilib.
QafqazTürk Media xəbər verir ki, ailəBu gün Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində iş adamının evi gülləbaran edilib.
QafqazTürk Media xəbər verir ki,ailə üzvlərinin olduğu evə silahlı şəxslər tərəfindən “Kalaşnikov” markalı silahla evə 30-a yaxın atəş açılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hadisəni törədənin iki nəfər olduğu iddia edilir.
Hadisənin baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı istintaq başladılıb.
Hadisənin təfərrüatları hələlik məlum deyil.