Marneulidə silahlı insident baş verib

103

Marneulinin mərkəzində atışma nəticəsində bir nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Hadisə yeri sarı lentlə mühasirəyə alınıb.

Hazırda atışmanın səbəbi məlum deyil.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri ilə Cinayət Məcəlləsinin 117 və 236-cı maddələri ilə cinayət işi başlanıb.

Sonrakı yazı
Tramp 12 ölkənin vətəndaşlarının ABŞ-a girişini tamamilə qadağan edən sərəncam imzalayıb
Öncəki yazı
Tbilisidə Təhsil, Elm və Gənclər naziri Aleksandre Tsuladze ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib