Marneulidə Qədir-Xum bayramı qeyd olunub

124

Marneulidə Qədir-Xum bayramı qeyd olunub.

14 iyun 2025-ci il tarixində Marneulidə, Qızılhacılı İmam Həsən (ə) məscidində Qədir-Xum bayramı münasibətilə bayram mərasimi keçirilib.

Tədbir axşam namazının camaatla qılınması ilə başlayıb. Açılış nitqində ilahiyyatçı Hacı Qurban Murquzov çıxış edib.

İlahiyyatçı Rahid Kərimov Qurani-Kərimdən ayələr oxuyub. Sonra məscidin axundu Kərbəlayi Fuad İsayev iştirakçıları salamlayaraq bayram münasibətilə təbriklərini çatdırıb.

Mərasimdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev çıxış edərək bu bayram münasibətilə təbriklərini çatdıraraq Qədir-Xum haqqında məlumat verib. Azərbaycandan dəvət olunmuş ilahiyyatçı Hacı Ramil Bədəlov çıxış edərək Qədir-Xumun İslam tarixindəki yeri və əhəmiyyəti barədə danışıb.

Daha sonra məddah Pərviz Hüseyni tərəfindən Qədir-Xum mövzusunda ilahilər səsləndirilib. Tədbir çərçivəsində icma üzvü Seyyid Roman Məmmədovun seyid nəsəb şəcərəsi ona təqdim olunub.

Mərasim, iştirakçılar üçün təşkil edilmiş ehsan süfrəsi ilə yekunlaşıb.

Kateqoriya: Cəmiyyət, Din, Marneuli, Region
Sonrakı yazı
İran İsraili ballistik raketlə vurub
Öncəki yazı
Türkiyə təbii fəlakətlə mübarizə aparır