This is a specific ad

Marneulidə ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib

110

Another advertisement

Bu gün Rustavi-Qırmızı körpü avtomagistralının Keşəli kənd ərazisində ağır avtomobil qəzası baş verib.

QafqazTürk Media xəbər verir ki, əldə olunan məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb bir nəfər yaralanıb.

Şahidlərin bildirdiklərinə görə, hadisə zamanı yanacaq daşıyan iri həcmli yük maşını ilə digər yük daşıyan avtomobil toqquşub. Qəzada yanacaq daşıyan yük maşınının sürücüsü dünyasını dəyişib, digər sürücü isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin baş verdiyi əraziyə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlayıb.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Parisdə 2024 Yay Olimpiya oyunları artıq başlayıb
Öncəki yazı
Lavrov: “Rusiya təslim olmayacaq”