Marneulidə, Gürcüstan Hökuməti Administrasiyasının təşkilatçılığı ilə – “Musiqili Gecə” keçirilib.
8 iyul tarixində, Marneuli “Musiqili Gecə”-yə ev sahibliyi etdi. Tədbir çərçivəsində: uşaq əyləncə və idrak məkanları, zürafə “Joze”-nin uşaq tamaşası, yerli sahibkarların məhsullarının sərgi-satışı və müxtəlif əyləncəli tədbirlər təşkil olunub.
“Musiqili Gecə” bayram konserti ilə başa çatıb. Burada – “Banderoli” qrupu, Tato Qoderdzişvili, Mariam Mamismedişvili və Rusa Morçiladze çıxış ediblər.
Qeyd edək ki, Gürcüstan Hökuməti Administrasiyasının təşkil etdiyi “Musiqili Gecələr” bütün ölkə miqyasında bu il ilk dəfədir ki keçirilir.
Tədbirdə – Gürcüstan Hökuməti Administrasiyasının nümayəndəsi Tata Svanadze, Kvemo Kartli üzrə dövlət nümayəndəsinin müavini Kaxa Koberidze, Marneuli Munisipaliteti Sakrebulosunun sədri Amiran Qiorqadze, Marneuli merinin müavini Temur Şubitidze, yerli özünüidarəetmənin rəhbərləri və dəvət olunmuş qonaqlar iştirak edirdilər.