This is a specific ad

Marneulidə Marneuli Fiziki İmkanları Məhdud Şəxslər Şurasının üzvləri ilə görüş keçirilib

14

Another advertisement

Marneuli Mülki Məşğulluq Mərkəzində Marneuli Fiziki İmkanları Məhdud Şəxslər Şurasının üzvləri ilə görüş keçirilib.

Görüş “İşlə təmin olunmağa dəstək və Gürcüstanda əmək siyasətinin optimallaşdırılması” layihəsi çərçivəsində baş tutub.

“Layihənin əsas məqsədi fiziki imkanları məhdud şəxslərin işlə təmin olunma bazarında özünü tapması üçün yerli siyasətin yaxşılaşdırılmasıdır. Layihə əsasən yerli, eləcə də regional, mərkəzi hakimiyyət səviyyələrinə istiqamətlənib. Biz Marneuli bələdiyyəsinin yerli hökumət nümayəndələri ilə görüş keçirdik, onlarla keçən iki il ərzində bu baxımdan təcrübəmizi, Marneuli bələdiyyəsi üçün müsbət təcrübə olacaq yenilikləri bölüşdük”- deyə “Cığır icması”-nin rəhbəri Marika Mğebrişvili qeyd edib

Layihəni “Cığır icması”, Slovakiya təşkilatı TENENT, Slovakiya Beynəlxalq Əməkdaşlıq İnkişaf Agentliyinin maddi dəstəyi ilə həyata keçirir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
მარნეულში შშმ პირთა საკითხებზე მომუშავე საბჭოს წევრების სამუშაო შეხვედრა ჩატარდა
Öncəki yazı
İsveçdə Quran yandırılması ilə bağlı BMT təcili iclas keçirəcək