Marneulidə “Marneuli El Bayramı 2023” qeyd olundu
Tədbirdə yerli sahibkarların məhsullarının sərgi-satışı, açıq səma altında muzey – Marneulinin inzibati ərazi vahidlərinin təqdim etdiyi ənənəvi gürcü, azərbaycan, erməni, yunan mətbəxlərinin dequstasiyası və etnoqrafik nümunələrin sərgisi, animatorların və nağıl qəhrəmanlarının iştirakı ilə uşaq əyləncə şousu, ustad dərsləri: xüsusi presdə üzüm sıxmaq, çörək bişirmək, sucuq hazırlamaq nəzərdə tutulub. Marneuli bələdiyyəsinin hər bir kəndi ozunə məxsus stendi ilə təmsil olundu.Həmçinin gün ərzində müxtəlif idman tədbirləri keçirilib.
Qeyd edək ki, sözü gedən tədbirdə Mərkəzi ve yerli hökumət nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, Türkiyənin Gürcüstandakı səfirliyin nümayəndələri və Gürcüstan Azərbaycanlıları konqresinin üzvləri və maraqlanan şəxslər iştirak ediblər.
“Marneuli El Bayramı” adlı irimiqyaslı tədbir ilk dəfə keçirilib və Marneuli bələdiyyəsinin müxtəlif etnik qruplarının rəngarəng mədəniyyətini və harmonik birgə yaşayışını təqdim etməyə xidmət edir.