Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində yerləşən 2 nömrəli orta məktəbdə oğurluq hadisəsi qeydə alınıb.
Məlumata görə, hadisə avqustun 24-nə keçən gecə baş verib. Faktı Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Xanəli Qəhrəmanov təsdiqləyib.
Onun sözlərinə görə, məktəbdən bir kompüter və printer aparılıb. Qəhrəmanov bildirib ki, hadisə barədə polisə məlumat verilib və araşdırmalara başlanılıb.