This is a specific ad

Marneulidə kriminal avtoritetlərin adı ilə vətəndaşlardan pul almağa cəhd edən 3 nəfəri həbs olunub

345

Another advertisement

Hüquq-mühafizə orqanları 3 nəfəri hədə-qorxu ilə külli miqdarda pul tələb etməkdə və özgənin əmlakına ziyan vurmaqda təqsirli bilinərək həbs edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, müttəhimlər xaricdəki kriminal avtoritetlərə külli miqdarda pul almaqda köməklik ediblər.

“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda pul tələb etməyə köməklik göstərmək və habelə başqalarının əmlakına ziyan vurmaq faktı üzrə 1990 cı il təvəllüdlü, 19930cü il doğumlu və 1998-ci il təvəllüdlü şəxsləri yaxalayıblar.

Cinayət 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Təqsirləndirilən şəxslər kriminal avtoritetlərin adından həbs edilənlər müxtəlif vaxtlarda vətəndaşları ölümlə hədələyiblər və əmlaklarını məhv edəcəkləri ilə hədələyərək külli miqdarda pul istəyiblər, rədd cavabı aldıqdan sonra vətəndaşları qorxudaraq əmlaklarına ziyan vurmağa cəhd ediblər.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 25-181 və 187-ci maddələri ilə araşdırma aparılır”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Kateqoriya: Cinayət
Sonrakı yazı
წვიმა და ელჭექი, ძლიერი ქარი… – გაფრთხილება ამინდის შესახებ
Öncəki yazı
“მარნეულში ბიზნესმენის მანქანა დაწვეს | თანხის გამოძალვისა და სხვისი ქონების დაზიანების ბრალდებით 3 პირი დააკავეს