Another advertisement
Marneulidə gənc qadın müəllimə Şulaveridə evində intihar edib.
QafqazTürk Media xəbər portalına məlumatı Təhsil Resurs Mərkəzi təsdiqləyib.
Məlumata görə, 36 yaşlı qadın Sadaxlı kəndindəndir, Şulaveridə ailə həyatı qurub və Təkəli kənd ictimai məktəbində ingilis dili müəlliməsi işləyirmiş.
Faktla bağlı polis araşdırmaya başlayıb. Hazırda cəsəd ekspertizadadır.
İntiharın baş vermə səbəbi hələki məlum deyil.