This is a specific ad

Marneulidə içməli su nə dərəcədə keyfiyyətlidir?

87

Another advertisement

Gürcüstanda leptospiroz xəstəliyi yayılır. Bu, insanın çirkli su və qida məhsulları ilə yoluxduğu xəstəlikdir.

Xəstəlik qızdırma və əzələ ağrıları ilə başlayır ki, bu da böyrək çatışmazlığına gətirib çıxarır. Rəsmi məlumatlara görə, bu gün onlarla insan müxtəlif klinikalarda leptospiroz diaqnozu ilə müalicə olunur.

“Birləşmiş Su Təchizatı Şirkəti içməli suyun keyfiyyətinə gündəlik nəzarəti həyata keçirir. Mikrobioloji, fiziki-kimyəvi və bir çox başqa analizlər aparılır, cavabları qənaətbəxş və standartlara uyğundur. Həmçinin Milli Qida Agentliyi tərəfindən vaxtaşırı yoxlamalar aparılır və onların təhlilləri həmişə qənaətbəxşdir. Müvafiq olaraq, Birləşmiş Su Təchizatı Şirkətinin, Marneuli Xidmət Mərkəzinin abonentləri təmiz və içməyə yararlı su ilə təmin olunurlar”- deyə Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin Marneuli xidmət mərkəzinin meneceri Zurab Gobecişvili bildirib

Kateqoriya: Gündəm, Maraqlı
Sonrakı yazı
Marneuli bələdiyyəsində davam edən infrastruktur layihəsinin tikinti işləri – ÜMUMİ VƏZİYYƏT
Öncəki yazı
Marneulinin üç saylı uşaq bağçasında zəhərlənmə