This is a specific ad

Marneulidə “Heydər Əliyev və müasir Gürcüstan” mövzusunda konfrans keçirilib

58

Another advertisement

Noyabrın 30-da Marneuli şəhərindəki “Azərbaycan Evi”ndə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Gürcüstan” mövzusunda konfrans və fotosərgi təşkil edilib. Konfrans və fotosərgi AZƏRTAC-ın təşəbbüsü və “Azərbaycan Evi”nin birgə təşkilatçılığı ilə keçirilib.

“Qafqaz Türk. com”xəbər verir ki, sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini, Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, habelə dünya liderləri ilə görüşlərini əks etdirən fotolar nümayiş olunub.Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov, Gürcüstan Azərbaycanlıları Könqresinin və “Qafqaz Türk. com” xəbər portalının əməkdaşları, ekspert Mübariz Qarayev, Marneuli Bələdiyyəsi sədrinin müavini Rövşən İskəndərov, Sakrebulonun üzvü Anar Piriyev, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından ziyalılar, ictimai-siyasi xadimlər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov çıxış edərək, Ümummilli Liderin həyat və fəaliyyətindən, Azərbaycan – Gürcüstan münasibətlərinin inkişafındakı xidmətlərindən danışıb.

Bildirib ki, Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycan xalqı deyil, gürcü xalqının da qarşısında danılmaz, böyük xidmətləri olub.Diqqətə çatdırılıb ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri Azərbaycan və gürcü xalqlarının rifahının yüksəlməsində mühüm rol oynayır. Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxışında Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə cari ilin “Heydər Əliyev İli” elan olunduğunu vurğulayıb.

Bildirib ki, səfirlik tərəfindən “Heydər Əliyev İli” çərçivəsində tədbirlər planı hazırlanıb və bu planla Gürcüstanda da silsilə tədbirlər keçirilib. Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvilinin keçirdiyi görüşlərin və müzakirə olunan məsələlərin mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd edib.

Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq və siyasi ekspert Levan Mamaladze çıxışında Heydər Əliyevlə bağlı görüşlərini xatırladıb. Ulu Öndərin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin birgə səyləri nəticəsində reallaşan enerji və nəqliyyat layihələrinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin xatirəsi daim gürcü xalqının xatirəsində yaşayacaq.

Daha sonra Marneuli bələdiyyəsi sədrinin müavini Rövşən İskəndərov, tarixçi alim, öz adından və Gürcüstan Azərbaycanlıları Konqresi adından Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Marneuli sakrebulunun üzvü Anar Piriyev, sabiq deputat Hidayət Hüseynov və başqaları Heydər Əliyev haqqında xatirələrini bölüşüb, onun gürcü xalqı qarşısındakı xidmətlərindən danışıblar.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
გავაკვირვეთ მთელი მსოფლიო – ქართულ ზეთისხილში ისეთი ახალი არომატები იპოვეს, მანამდე არცერთ ქვეყანას რომ არ ჰქონია
Öncəki yazı
დაწესებულებების გარე ვიდეო სამეთვალყურეო სისტემები სავალდებულო გახდა – რა უნდა იცოდეს ბიზნესმა ახალი რეგულაციის შესახებ