Another advertisement
2 nəfər Marneuli sakini taksi sürücüsünü amansızca qətlə yetiriblər.
Qeyri rəsmi məlumata görə, 2 nəfər Marneuli Bələdiyyəsinin Yuxarı Qullar sakini Tbilisidən taksi ilə evə qayıdarkən sürücünü Marabda gölündə öldürüblər, daha sonra isə meyitini maşına qoyaraq gətirib Qırıxlı kəndindəki çayın yaxınlığında basdırıblar.
Qətlə məruz qalan orta yaşlı kişinin ailəsi isə onun yoxa çıxmasından sonra polisə müraciət edib. Hüquq-mühafizəçiləri təhlükəsizlik kameraları vasitəsilə cinayətkarları tapıb.