Another advertisement
Marneuli bələdiyyəsinin Əzizkənd kəndində kişi cəsədi tapılıb.
QafqazTürk Medianın əldə etdiyi məlumata görə, Hacıisə kənd sakini 55 yaşlı Avtandil Əhmədov beş gün öncə yoxa çıxıb. O, evdə olarkən naməlum şəxslər onu çağırıb və aparıblar. Onun epilepsiya xəstəsi olduğu qeyd olunur.
Kənd sakinin cəsədi “Cala” deyilən ərazidə çoban tərəfindən tapıldıqda isə onun əllərinin kəsildiyi məlum olub.
Hazırda hadisə yerinə polis cəlb olunub. Cəsəd ekspertizaya aparılıb.