Marneulidə Azərbaycanın Vətən Müharibəsinin şəhidlərinin Anım Günü qeyd olunub

224

Marneuli şəhərində Azərbaycan Evində 2 hissədən ibarət “Zəfərə Aparan Yol” adlı Anım Günü təşkil olunmuşdu.
Anım Günündə şəhid ailələri, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və səfirliyin nümayəndə heyəti, Parlament deputatı Zaur Darğallı, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və Gak-ın nümayəndələri, müxtəlif bölgələrdən ziyalılar, gənclər, ictimaiyyətin nümayəndələri və din xadimləri iştirak ediblər.

Tədbiri çıxış sözüylə Azərbaycan Evinin direktoru Məhəbbət İmanov açıq elan edib.  Səfir Faiq Quliyev məruzə elədi. Səfir öz məruzəsində Gürcüstan dövlətinin və vətəndaşlarının göstərdikləri dəstəyi, Gürcüstanda yaşayan azərbaycanlı gənclərin mübaribədə iştirakını və şəhidləri xüsusi olaraq vurğuladı və öz təşəkkürünü bildirdi.
Gürcüstan parlamentinin deputatı Zaur Darğallı çıxış edərək Anım Gününün əhəmiyyətindən, Azərbaycan-Gürcü xalqlarının dostluğundan, Azərbaycan və Gürcüstanın dövlətlərinin bir-birinə daimi dəstəyindən danışdı.
Parlamentdə xalqımızı ləyaqətlə təmsil edən deputatımız Zaur Darğallı öz çıxışında həmçinin Cənubi Qafqazda sülhün əhəmiyyətini və Azərbaycan-Ermənistan arasında sülh danışıqları üçün Gürcüstanın həmişə ən güvənilir yer olduğunu vurğuladı. Ağdamda minalanmış ərazilərin xəritəsini Ermənistanın Azərbaycana təqdim etməsində Gürcüstanın necə böyük rol oynadığını xatırlatdı.
Daha sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov şəhidlərin ruhuna dualar oxudu, şəhidliyin ən yüksək məqam olduğunu vurğuladı.
Doğma atasının Qarabağ haqda yazdığı gözəl bir şeiri səsləndirdi.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Keçmiş parlament deputatlarından Azər Süleymanov, Ruslan Hacıyev, şəhid ailələrinin  təmsilçilərindən biri Anım Günü ilə bağlı çıxış etdilər.
İkinci hissədə Gürcüstanda Azərbaycandilli Məktəblərin rəhbəri Esmira xanım Ələkbərlinin ssenari müəllifi və rejissoru olduğu tamaşa səhnəsini məktəblilər çox gözəl şəkildə ifa etdilər və Anım Günündə iştirak edənlərin sürətli alqışlarını qazandılar. Onlar təşəkkürnamə ilə təltif olundular.
Sonda tədbir iştirakçıları Azərbaycan Evinin həyətində açılmış ehsan süfrəsinə dəvət olundular.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media ailəsi olaraq, Anım Gününün təşkilatçılığının yüksək səviyyəsinə görə, Məhəbbət bəy İmanova öz xüsusi təşəkkürümüzü bildiririk.

 

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Moldovada parlament seçkiləri başlayıb
Öncəki yazı
Azyaşlıya qarşı təcavüz faktına görə bir nəfər saxlanılıb